-
Əsgər maşın qaçıraraq qəza törətdi
Ceyhun Təhməzov Sulutəpədə yerləşən çayxanadan maşının açarını oğurlayıb Bakıda məzuniyyətə gələn əsgər avtomobil qaçırıb və qəza törədib. Cars-az-ın musavat.com-a istinadən məlumatına görə, Şəkidə N saylı hərbi hissələrdən birində xidmət edən Ceyhun Təhməzov maşın qaçıraraq qəza törədib. Maşının sahibi Bakı sakini 1989-cu il təvəllüdlü Ceyhun Muradov bu barədə polisə məlumat verib. O bildirib ki, Lerik rayon sakini Ceyhun Təhməzov Sulutəpədə yerləşən çayxanadan onun maşınının açarını oğurlayaraq maşını qaçırıb. C.Təhməzov qaçırdığı "Mercedes" markalı, 90 NK 179 nömrəli avtomobili qəsəbə ərazisində qəza törədib. Ardını oxu
-
Üç dəqiqəyə nəhəng gəmini belə hazırladılar
Aylarla vaxt aparan gəmi tikintisini qısa videoya sığışdırdılar Ardını oxu
-
Tovuzda məktəblini maşın vurdu
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Ardını oxu
-
ABŞ-da təyyarə qəzaya uğrayıb: 3 nəfər ölüb
Qəzanın səbəbləri hələlik məlum deyil ABŞ-ın cənubundakı Arkanzas ştatında yüngül mühərrikli təyyarədə baş vermiş qəza nəticəsində 3 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "40/29" telekanalı məlumat yayıb. Məlumata görə, Rassellvill Ricinal hava limanından havaya qalxan təyyarə bir qədər sonra qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ardını oxu
Bakıda avtobus qəzası - Qadın yaralandı
“Hyundai” və “Mazda” markalı avtomobillər yüksək sürətlə hərəkət edərkən avtobusla toqquşublar Bakıda marşrut avtobusu qəzaya düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayonunda Zərifə Əliyeva adına parkın qarşısında 18 nömrəli marşrut avtobusu və iki minik maşını qəzaya düşüb. Hadisə şahidlərinin verdiyi xəbərə görə, marşrut avtobusu ilə əks istiqamətdə hərəkət edən “Hyundai Grandeur” və “Mazda” markalı avtomobillər yüksək sürətlə hərəkət edərkən idarəetməni itiriblər. Hər iki avtomobil marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində “Hyundai”ın xanım sürücüsü ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Ardını oxu
Bu marşrutun əvvəlki yolu bərpa edildi - Sərnişinlərin diqqətinə
Bu addım sakinlərin çoxsaylı xahiş və müraciəti nəzərə alınaraq atılıb Ardını oxu
Bakıxanov körpüsündə qəza
“Opel” yüksək sürətlə hərəkətdə olan zaman qarşı yolda olan “VAZ 2107” ilə toqquşub Yasamal rayon ərzasində yol nəqliyyat hadisəsi baş verib. Cars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə Bakıxanov körpüsündə qeydə alınıb. Hilal İbrahimov idarə etdiyi “Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman qarşı yolda olan “VAZ 2107” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yolun əks tərəfinə keçən "VAZ 2107" körpünün səkisinə çırpılıb. Ardını oxu
Eskalatorda faciə
Xoşbəxtlikdən onun həyati təhlükəsinin olmadığı deyilir Ardını oxu