Məqalələr

  • Şir ürəyi yemiş sürücü: 14 pələngi yemlədi

    İnternetdə paylaşılan video izlənmə rekordları qırıb Ardını oxu

  • Bakı “Formula 1” yarışlarına hazırlaşır - Yol bağlanacaq

    Mərkəzi küçələr bağlanır Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Cars-az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, 2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik olunmasına ehtiyac var. Bu məqsədlə paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlı olacaq. NİİM-dən bildiriblər ki, "Formula 1" yarışları ilə bağlı dəyişiklik ediləcək yollar, təmirə bağlanacaq növbəti küçə və ya prospektlər haqda bir neçə gün öncədən ictimaiyyətə məlumat veriləcək. Ardını oxu

  • Bakıdan avtomobili qaçırıb Goranboya qədər sürdü 

    Seyran Allahverdiyev saxlanılıb Goranboyda avtomobil qaçıran şəxs tutulub. Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus “Daewoo” markalı avtomobili qaçıran Seyran Allahverdiyev Goranboyda saxlanılıb. S.Allahverdiyev Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Ardını oxu

Yollarda hansı sürətə görə cəzalandırırlar?

Yollarda hansı sürətə görə cəzalandırırlar?

"Müşahidə kameraları, eləcə də patrul avtomobilləri tərəfindən izlənilir və qeydə alınır" Ardını oxu

Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq

Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq

Səbəb sərhəd keçid məntəqələrindən biri təmirə bağlanmasıdır Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq yaranıb. Cars-az xəbər verir ki, bu barədə baku.ws-ə oxucular məlumat verib. Səhər saat 5-dən etibarən Yalama sərhəd keçid məntəqəsində növbə tutduqlarını deyən azərbaycanlılar saatlardır gözlədiklərini bildiriblər: "Hazırda məntəqənin qarşısında 70-ə yaxın avtomobil Rusiyaya keçmək üçün sıraya düzülüb. Sərhəd keçid məntəqələrindən biri təmirə bağlanıb və buna görə mərkəzi postda sıxlıq yaranıb. Rusiya tərəfi maşınları yavaş-yavaş buraxır", - deyə azərbaycanlılar söyləyir. Gömrük postunda saatlardır gözləyən soydaşlarımız çarəni avtomobildə yatmaqda tapıblar. İnsanlar sərhəd keçid məntəqəsi qarşısında gözləyərək Rusiya tərəfə keçəcəklərini ümid edirlər. Ardını oxu

Top