Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq

Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq

Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq

Azərbaycan-Rusiya sərhədində böyük sıxlıq yaranıb. Cars-az xəbər verir ki, bu barədə baku.ws-ə oxucular məlumat verib. Səhər saat 5-dən etibarən Yalama sərhəd keçid məntəqəsində növbə tutduqlarını deyən azərbaycanlılar saatlardır gözlədiklərini bildiriblər: "Hazırda məntəqənin qarşısında 70-ə yaxın avtomobil Rusiyaya keçmək üçün sıraya düzülüb. Sərhəd keçid məntəqələrindən biri təmirə bağlanıb və buna görə mərkəzi postda sıxlıq yaranıb. Rusiya tərəfi maşınları yavaş-yavaş buraxır", - deyə azərbaycanlılar söyləyir. Gömrük postunda saatlardır gözləyən soydaşlarımız çarəni avtomobildə yatmaqda tapıblar. İnsanlar sərhəd keçid məntəqəsi qarşısında gözləyərək Rusiya tərəfə keçəcəklərini ümid edirlər.

Dostlarınla paylaş


Şərhlər


Top