04.11.2015
Gündəm
Taksi sürücüsünə qarşı soyğunçuluq edənlər saxlanılıb
Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Cars-az-a verilən məlumata görə, Səbail rayon Cinayət-Axtarış Şöbəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də Badamdar yolunda taksi sürücüsü, Quba rayon sakini Nəsimi Tahirovun əlindən 350 manatını alaraq soyğunçuluqda şübhəli bilinən Quba rayon sakini, 1996-cı il təvəllüdlü Fərid Abbasov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Mehman Paşayev tutulublar. Faktla bağlı araşdırma aparılır.
Emin