Əsgər maşın qaçıraraq qəza törətdi

Əsgər maşın qaçıraraq qəza törətdi

Bakıda məzuniyyətə gələn əsgər avtomobil qaçırıb və qəza törədib. Cars-az-ın musavat.com-a istinadən məlumatına görə, Şəkidə N saylı hərbi hissələrdən birində xidmət edən Ceyhun Təhməzov maşın qaçıraraq qəza törədib. Maşının sahibi Bakı sakini 1989-cu il təvəllüdlü Ceyhun Muradov bu barədə polisə məlumat verib. O bildirib ki, Lerik rayon sakini Ceyhun Təhməzov Sulutəpədə yerləşən çayxanadan onun maşınının açarını oğurlayaraq maşını qaçırıb. C.Təhməzov qaçırdığı "Mercedes" markalı, 90 NK 179 nömrəli avtomobili qəsəbə ərazisində qəza törədib.

Dostlarınla paylaş


Şərhlər


Top