04.11.2015
Qəzalar
Bakıda avtobus qəzası - Qadın yaralandı
Bakıda marşrut avtobusu qəzaya düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayonunda Zərifə Əliyeva adına parkın qarşısında 18 nömrəli marşrut avtobusu və iki minik maşını qəzaya düşüb. Hadisə şahidlərinin verdiyi xəbərə görə, marşrut avtobusu ilə əks istiqamətdə hərəkət edən “Hyundai Grandeur” və “Mazda” markalı avtomobillər yüksək sürətlə hərəkət edərkən idarəetməni itiriblər. Hər iki avtomobil marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində “Hyundai”ın xanım sürücüsü ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.