04.11.2015
Qəzalar
Qadını öldürən sürücü hadisə yerindən qaçdı
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun A.Şərifzadə küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səlminaz Həmidova vurulub. Piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.