-
Hava kəskin pisləşəcək
Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək Ardını oxu
-
Naxçıvan-Bakı marşrutu ilə daşınan sərnişinlərin sayı açıqlanıb
Bu il ərzində Naxçıvan-Bakı marşrutu üzrə 234 min 526 nəfər sərnişin, 3 milyon 885 min 471 kq baqaj, 770 min 557 kq yük və 24 min 391 kq poçt daşınıb Naxçıvan-Bakı marşrutu ilə 2015-ci ildə avtobus və təyyarələrlə daşınan sərnişinlərin sayı açıqlanıb. Cars-az apa-ya istinadən xəbər verir ki, bu il Naxçıvandan Bakı şəhərinə işləyən avtobus marşrutunda xidmətin səviyyəsinin yüksəldilməsi üçün 4 ədəd yeni avtobus alınıb. Bu il ərzində bu marşrut üzrə Naxçıvandan Bakıya 45942 nəfər, Bakıdan Naxçıvana isə 45703 nəfər sərnişin daşınıb. Naxçıvan Beynəlxalq Hava Limanında yeni “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində isə aviakassa binalarının istifadəyə verilib. Bu il ərzində Naxçıvan-Bakı marşrutu üzrə 234 min 526 nəfər sərnişin, 3 milyon 885 min 471 kq baqaj, 770 min 557 kq yük və 24 min 391 kq poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 3 min 149 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5 min 987 nəfər sərnişin daşınıb. Ardını oxu
-
Qəzaya düşən diplomat xəstəxanada ölüb
Qəzanın səbəbləri araşdırılır Ardını oxu
-
Bakının daha bir küçəsi təmirə bağlanıb
ASC məlumat yaydı Yasamal rayonu Əhməd Cəmil küçəsinin Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı şəkildə təmir olunur.Cars-az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib. Kompleks şəkildə aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib. “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işləri aparılan yollarda vətəndaşların rahat və maneəsiz şəkildə hərəkəti daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də yolların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilir. Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqon-metr yeni səki daşı düzülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 santimetr qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadrat metr sahəsinin asfaltlanması planlaşdırılır. Ardını oxu
Xəzərdə 150-yə yaxın gəmi yoxlanıldı
Dövlət Dəniz Administrasiyası məlumat yaydı Ardını oxu
Yeni il gecəsi metro bir saat çox işləyəcək
“Sərnişinlərin rahatlığı nəzərə alınıb” Ardını oxu
Yol polisindən – BAYRAM XƏBƏRDARLIĞI
“Avtomobillərini sərxoş vəziyyətdə idarə etməkdən uzaq dursunlar” Ardını oxu
Özünü maşının altına atdı ki…
Çinli əvvəllər də bir neçə dəfə oxşar üsulla pul qazanıb Ardını oxu