-
Hansı sürücüdə bu kart varsa devalivasiyadan narahat olmasın
«Tuf»da usta pulu ödəməyəcəksiniz və bütün xidmətlər limitsizdir Ardını oxu
-
Sürücülərə həm şad, həm də bəd xəbər
Milli Məclisin təsdiq etdiyi yeni İnzibati Xətalar Məcəlləsində cərimələr sərtləşib, amma… Ardını oxu
-
Sürücü o qədər içib ki, danışa bilmir
Yol polisinin keçirdiyi gecə reydində Sərxoş sürücülər saxlanılıb Ardını oxu
-
Yol polisi rayona gedib-gələn sürücülərə xəbərdarlıq etdi
Sürücülər yola çıxmazdan avtomobilləri üçün lazımi texniki tədbirləri görməlidır Dünya Aazərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə rəsmi olaraq 5 gün iş olmayacaq. Bayram tətilini fürsət bilib rayonlara və ya bölgələrdən paytaxta gəlmək istəyən sürücülər bu xəbəri diqqətlə oxusun. Yol polisinin həmin sürücülərə bir sira tövsiyələri var. Qarşıdakı istirahət günlərində rayonlara, eləcə də bölgələrdən paytaxta səyahət edərkən sükan arxasında ehtiyatlı olun! Çünki yollarda avtomobil sıxlığı olacaq. Şəxsi minik avtomobilləri ilə yola çıxanların əksəriyyəti ailələri ilə birlikdə olur. Bunun nəticəsidir ki, tətillərdə qəzalar, o cümlədən ölüm hadisələri digər günlərlə müqayisədə çox olur. Meteoroloqlar tətil günlərində havanın kəskin soyuyacağını, sulu qar və qar yağacağı barədə xəbər veriblər. Sürücülər yola çıxmazdan əvvəl bunu da nəzərə almalı, avtomobilləri üçün lazımi texniki tədbirləri görməlidır. Tətil günlərində yol polisləri bütün yollarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ardını oxu
Dörd gün hava pis olacaq - Külək, intensiv qar, yağış
Bu gün axşamdan başlayaraq hava şəraiti kəskin dəyişəcək Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 03-dək davam edəcək. Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 04-dək davam edəcək. Ardını oxu
Taksi sürücüsünun pulu və telefonu oğurlandı - Bakıda
"Neftçilər" metrostansiyasının yaxınlığında oğurluq hadisəsi baş verib Ardını oxu
Yol kənarında salınan təpəcikləri indi də sökürlər – FOTO+VİDEO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında piyada səkiləri tikilir Ardını oxu
İki “VAZ” toqquşdu - 1 yaralı
Hər iki maşına xeyli ziyan dəyib Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saat 19:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 199-cu kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib. Mingəçevir şəhər sakini 51 yaşlı Rəsulov Mühasib Hacı oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə, Kürdəmir rayon sakini Qənbər Qənbərovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə hər iki maşına xeyli ziyan dəyib, “VAZ-21099” markalı maşının sürücüsü M. Rəsulov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu