30.12.2015
Qəzalar
İki “VAZ” toqquşdu - 1 yaralı
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saat 19:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 199-cu kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib. Mingəçevir şəhər sakini 51 yaşlı Rəsulov Mühasib Hacı oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə, Kürdəmir rayon sakini Qənbər Qənbərovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə hər iki maşına xeyli ziyan dəyib, “VAZ-21099” markalı maşının sürücüsü M. Rəsulov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.