29.12.2015
Qəzalar
Qəzaya düşən diplomat xəstəxanada ölüb
Macarıstanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu Pal Yene Fabian xəstəxanada vəfat edib. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov deyib. Onun sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, komada olan diplomatı xilas etmək mümkün olmayıb. Xatırladaq ki, macarıstanlı diplomatın idarə etdiyi “Volvo” markalı minik avtomobili “QAZ-53” markalı yük avtomobili ilə toqquşub. Diplomat ağır kəllə-beyin travması, döş qəfəsinin zədələnməsi və sümüklərinin qırılması diaqnozu ilə Ufa şəhər xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.