30.12.2015
Yol polisi
Sürücü o qədər içib ki, danışa bilmir
Zərdabda yol polisi əməkdaşlarının gecə saatlarında keçirdiyi reyddə sərxoş sürücülər saxlanılıb. Sənədləri qaydasında olmayan avtomobil idarə edənlər də polisdən yayına bilməyib. Saxlanılan sürücü o qədər sərxoş olub ki, düzgün danışa bilmir. Belə vəziyyətdə o, avtomobil də idarə edir.
Reyd zamanı xeyli sayda sənədsiz sürücü də aşkarlanıb. Sərxoş halda sükan arxasına əyləşən sürücülər də polisdən yayına bilməyib. Reyd zamanı kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən, ödəmədiyi cəriməyə görə həbs qərarı verilən maşınlarda aşkarlanıb.
Yeni il ərəfəsində bu cür reydlərin yenidən keçirilməsi nəzərdə tutulur.