Yeni il gecəsi metro bir saat çox işləyəcək

Yeni il gecəsi metro bir saat çox işləyəcək

31 dekabr, Yeni il gecəsi “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq. Cars-az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev oxu.az-a bildirib ki, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək. “Sərnişinlərin rahatlığını nəzərə alaraq, metroda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib. Xatırladaq ki, metropoliten adi günlərdə saat 24:00-dək işləyir.

**

Dostlarınla paylaş


Şərhlər


Top