28.12.2015
Yeniliklər
“Elmlər Akademiyası” metrostansiyasının ikinci çıxışı istifadəyə verildi
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.
Cars-az xəbər verir ki, dövlət başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.
Prezident yeni çıxışda yaradılan şəraitlə tanış olub.