Metro istifadəçilərinə müjdə  + SXEM

Metro istifadəçilərinə müjdə + SXEM

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışı istifadəyə hazırdır. Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışının inşa olunduğu sahədə tikinti işləri tam başa çatıb. Cars-az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən milli.az-a bildiriblər ki, yeni giriş-çıxış ən yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı, sonuncusu isə BDU istiqamətindədir. Hərəsində iki eskalator olmaqla iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb. İki mərtəbədən ibarət vestibülün otaqlarla zəngin aşağı qatında fəaliyyəti təmin edəcək müvafiq infrastruktur qurulub.

http://img.milli.az/n/elnur/07/e/214236_900.jpg

http://img.milli.az/n/elnur/0e/0/214236_906.jpg

http://img.milli.az/n/elnur/02/0/214236_903.jpg

http://img.milli.az/n/elnur/06/2/214236_908.jpg

Dostlarınla paylaş


Şərhlər


Top