Məqalələr

Sürücü öz maşınının altında qaldı

Sürücü öz maşınının altında qaldı

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmur Yük maşınını dayanacaqda saxlayan sürücü əyləci basmağı unudur. Сars-az atv.az-a istinadən xəbər verir ki, O, maşından enər-enməz nəqliyyat vasitəsi bir anda hərəkət etməyə başlayır. Nə edəcəyini bilməyən sürücü maşını saxlaya bilmək üçün düşünmədən onun qarşısına keçir. Lakin doğru hesablanmamış bu ehtiyatsız hərəkət tükürpədici sonluqla nəticələnir. Hərəkətdə olan nəqliyyat vasitəsi öz sürücüsünü divara sıxışdıraraq ağır yaralanmasına səbəb olur. Yaralı şəxsin köməyinə ətrafdakı insanlar çatır. Lakin edilən müdaxilələrə baxmayaraq, ağır xəsarətlərlə xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmur. Ardını oxu

Sərnişin avtobusu qəzaya düşdü, 10 nəfər xəsarət alıb

Sərnişin avtobusu qəzaya düşdü, 10 nəfər xəsarət alıb

Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib. Сars-az "report"a istinadən xəbər verir ki, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb. Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxari Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusada olan 10 nəfər xəsarət alıb. Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb. Ardını oxu

Dünyanın ilk "uçan lüks villa"sı

Dünyanın ilk "uçan lüks villa"sı

Təyyarədə vaxt keçirmək zəngin insanlara lüks və rahat istirahət etmək imkanı verir. Ardını oxu

Top