Məqalələr

  • Polislər super avtomobilləri görüb ikiqat əyildi

    Şeyxlərin super-karları London küçələrində görünüb Ardını oxu

  • Yol polisi rəisindən yazan jurnalistə 1 il 6 ay iş kəsdilər

    Xətai Rayon Məhkəməsində baş redaktora hökm oxundu Ardını oxu

  • "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"

    Cavid Qurbanov: "Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ayda 8 qatarın yük daşıması mümkün olacaq" "Bu kimi marşrutların açılması, sayının artırılması və Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir". Сars-az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. O qeyd edib ki, bu istiqamət üzrə ay ərzində ən az 8 qatarın yük daşıması mümkün olacaq: "Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun təşkili layihəsi çərçivəsində dörd ölkə arasında protokol imzalandı. Bu sənədin imzalanması ölkələr arasında yeni marşrutun açılması deməkdir. Müzakirələr zamanı ölkələr arasında bərabərhüquqlu aşağı tarif siyasəti müəyyənləşdirdik. Bu sənədlər sözügedən marşrut üzrə yükdaşımaların həyata keçirilməsinə daha rahat və əlverişli şərait yaradacaq. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün tarif artıq müəyyənləşdirilib. Sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir". Ardını oxu

  • Azərbaycan səfirinin xanımı yol polisinə rüşvət təklif etdi, cinayət işi açdılar

    Nəzirə Zeynalova avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib Azərbaycanlı səfirin xanımına cinayət işi açılıb. Сars-az haqqin.az-a istinadən xəbər verir ki, sözügedən cinayət işi Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovaya qarşı qaldırılıb. Səbəb isə N.Zeynalovanın ölkənin Yol Hərəkət Təhlükəsizliyi müfəttişlərinə rüşvət təklif etməsi olub. Belə ki, səfirin xanımı ölkədə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib. O, vəsiqəni imtahansız almaq üçün müfəttişlərə 500 avro təklif edib. Bu isə, qanunsevər latviyalıları şoka salıb. Məmura rüşvət təklif etdiyi üçün N.Zeynalovaya cinayət işi açılıb. İşə Antikorrupsiya Bürosunda baxılır. Ardını oxu

Bakıda yol hərəkətində dəyişikliklər gözlənilir

Bakıda yol hərəkətində dəyişikliklər gözlənilir

Qısa zamanda Bakının nəqliyyat sisteminin idarə olunmasında mühüm dəyişikliklər hiss olunacaq Ardını oxu

Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq

Avtomobillərlə "ünsiyyət" qurmaq mümkün olacaq

"Volvo" və "Microsoft" perspektiv əməkdaşlığa başlayıb Ardını oxu

Dayanacaqlardakı monitorlarda yenilik olacaq

Dayanacaqlardakı monitorlarda yenilik olacaq

Qısa zamanda dayanacaqlardakı monitorlarda “BakuBus” avtobuslarının fəaliyyəti barədə məlumat olacaq Ardını oxu

Ramil Usubov "Bandotdel"də

Ramil Usubov "Bandotdel"də

Daxili işlər nazirinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib Ardını oxu

Top