14.01.2016
Gündəm
Azərbaycan səfirinin xanımı yol polisinə rüşvət təklif etdi, cinayət işi açdılar
Azərbaycanlı səfirin xanımına cinayət işi açılıb. Сars-az haqqin.az-a istinadən xəbər verir ki, sözügedən cinayət işi Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovaya qarşı qaldırılıb. Səbəb isə N.Zeynalovanın ölkənin Yol Hərəkət Təhlükəsizliyi müfəttişlərinə rüşvət təklif etməsi olub. Belə ki, səfirin xanımı ölkədə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib. O, vəsiqəni imtahansız almaq üçün müfəttişlərə 500 avro təklif edib. Bu isə, qanunsevər latviyalıları şoka salıb. Məmura rüşvət təklif etdiyi üçün N.Zeynalovaya cinayət işi açılıb. İşə Antikorrupsiya Bürosunda baxılır.