Məqalələr

  • Sabaha olan hava proqnozu açıqlanıb

    Bakıda havanın temperaturu 10-15 dərəcə isti olacaq Ardını oxu

  • Beş yanğınsöndürən maşın Qırğızıstana hədiyyə etdik

    “Qalan beş maşının çatdırılması may ayına planlaşdırılıb” Ardını oxu

  • Bakı avtobusunda utancverici hadisə

    Onlar avtobusun salonunda sərnişin olduğunu unudurlar Bakıda ictimai nəqliyyat sürücülərinin qayda pozmaları haqqında yerli KİV tez-tez yazır. Ancaq fayda yoxdur. Sürücülər hələ də sərnişinlər və yol polisi ilə oyun oynayırlar. Sürət həddini aşırlar, qırmızı işıqdan keçirlər, hərəkət istiqamətinin əksinə gedirlər. Bundan başqa, siqaret çəkərək avtobusun salonunu tüstü ilə doldururlar. Cars-az xəbər verir ki, bu barədə day.az saytının oxucusu İsgəndər Qadirov belə bir hadisənin şahidi olub. Onun sayta göndərdiyi videodan da görünür ki, sürücü siqaret çəkir və mobil telefonla danışır. Belə mənzərəni hər gün görürük. Bütün məsələ bundadır ki, sürücülər sərnişinlərdən tələb olunan qazancı əldə edə bilmirlər. Elə buna görə də sürücülər arasında mübahisə yaranır. Onlar avtobusun salonunda sərnişin olduğunu unudurlar. Ardını oxu

  • Azərbaycanlı gözəl Cenevrə avtosalonunda

    Model xanım avtomobillərlə şəkil çəkdirib Ardını oxu

Polis polkovniki qəza törətdi: Yaralı var

Polis polkovniki qəza törətdi: Yaralı var

Hadisə gecə baş verib Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib. Cars-az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 5-i saat 01:00 radələrində baş verib. Balaxanı qəsəbəsi ərazisində DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli idarə etdiyi Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada, qəsəbə sakini 1993-cü il təvəllüdlü Rasim Əliyevi vurub. R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Ardını oxu

Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Təmir işlərinin martın 7-də səhər saatlarında başa çatdırılması planlaşdırılır Bu axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanacaq. Bunu Cars-az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, Bakının Heydər Əliyev prospektinin Böyük Şor qovşağından şəhər istiqamətində, "Bazarstore" ticarət mərkəzinin qarşısındakı yol qovşağınadək (“Ramstor” yol qovşağı) qədər olan köməkçi hissəsi təmir işləri ilə əlaqədar bu gün saat 21:00-dan etibarən bağlanacaq. Təmir işlərinin martın 7-də səhər saatlarında başa çatdırılması planlaşdırılır. Ardını oxu

Top