Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanır

Bu axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi yollarından biri bağlanacaq. Bunu Cars-az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, Bakının Heydər Əliyev prospektinin Böyük Şor qovşağından şəhər istiqamətində, "Bazarstore" ticarət mərkəzinin qarşısındakı yol qovşağınadək (“Ramstor” yol qovşağı) qədər olan köməkçi hissəsi təmir işləri ilə əlaqədar bu gün saat 21:00-dan etibarən bağlanacaq. Təmir işlərinin martın 7-də səhər saatlarında başa çatdırılması planlaşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top