04.11.2015
Gündəm
8 martda hava necə olacaq? - PROQNOZ
8 Mart - Beynəlxalq Qadınlar günündə Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı ilkin proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya deyib ki, martın 8-də ölkə ərazisində hava şəraitinin küləkli keçəcəyi gözlənilir. Əsasən şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gündüz saatlarında 8-12 dərəcə isti, gecə 3-5 dərəcə isti olacaq. Qeyd olunub ki, 8 martda müşahidə olunacaq hava şəraiti ilə bağlı dəqiq proqnoz yaxın günlərdə təqdim ediləcək.