04.11.2015
Gündəm
Nəqliyyat "qoçuları" daha bir sürücünü döydü
Nəqliyyat Departamentinin əməkdaşları ilə sürücülər arasında olan ənənəvi insidentin növbəti faktı qeydə alınıb. Cars-az xəbər verir ki, bu barədə “qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, sürücü hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinə müraciət edib. Heydər Əliyev prospektində 3 nəfər Nəqliyyat departamentinin əməkdaşları xuliqanlıq zəminində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Faiq Salahzadəni döyüblər.