04.11.2015
Avtoxəbər
Azərbaycanlı gözəl Cenevrə avtosalonunda
Martın 3-də açılan Cenevrə avtosalonu bu gündən etibarən ictimaiyyət üçün açıq qapı elan edib. Cars-az oxu.az-a istinadən xəbər verir ki, İsveçrədə keçirilən motor-şouya müxtəlif yerlərdə avtomobil həvəskarları gəlib. Keçirilən motor-şouya ziyarət edən qonaqlar arasında azərbaycanlı model, “Miss Millenium” Validə Abbasova da olub. Validə Abbasova Cenevrədə təqdim olunan bir neçə avtomobil ilə şəkil çəkdirib. Qeyd edək ki, Cenevrədə keçirilən moto-şou martın 15-nə qədər davam edəcək.