Polis polkovniki qəza törətdi: Yaralı var

Polis polkovniki qəza törətdi: Yaralı var

Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib. Cars-az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 5-i saat 01:00 radələrində baş verib. Balaxanı qəsəbəsi ərazisində DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli idarə etdiyi Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada, qəsəbə sakini 1993-cü il təvəllüdlü Rasim Əliyevi vurub. R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Dostlarınla paylaş


Şərhlər


Top