04.11.2015
Qəzalar
"Lexus" avtoservisin sahibini oda saldı
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində "Lexus" markalı minik avtomobilinin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb. Cars-az FHN-in saytına istinadən bildirir ki, yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb. Avtoservisin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.