Yasamalda “Mercedes” yol ayrıcına çırpılıb

Yasamalda “Mercedes” yol ayrıcına çırpılıb

Yasamalda “Mercedes” yol ayrıcına çırpılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb. Cars-az-ın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşı deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil veriblər.

Əməliyyat saat 22:18-də başa çatıb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top