-
Yol polisindən daha bir radar biabırçılığı – FOTO
Maksimum sürəti saatda 180 olan «04»ü 230-la radara salıblar Ardını oxu
-
Sürücülərə XƏBƏRDARLIQ: «20 yanvar» dairəsi təmirə dayanır
«Azəryolservis» adı çəkilən ərazidə genişləndirmə işləri aparır Ardını oxu
-
Əmi qardaşının 8 yaşlı oğlunu belə öldürdü
Yusif Abbasov idarə etdiyi traktoru kanala aşırıb Ardını oxu
-
Daha bir ağır qəza; bir ailənin 4 üzvü…
Gəncədə baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb Gəncə şəhərində baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb. Cars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 21.30 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Opel markalı avtomobillə “Mercedes”in toqquşmasından sonra Opeldə olan bir ailənin 4 üzvü müxtəlif dərəcəli xəsarət alıb. “Mercedes”in sürücüsü isə qəzadan sonra hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
Nəqliyyat müfəttişləri rüşvət alarkən kameraya düşdülər
Onlar "Kamaz"ın qarşısını kəsərək rüşvət aliblar Azərbaycanda Nəqliyyat Nazirliyinin müfəttişləri rüşvət alarkən «yaxalanıb». Cars-az avropa.info-ya istinadən xəbər verir ki, hadisə İmişli-Bəhrəmtəpə magistral yolu üzərində yerləşən Şahverdili kəndi yaxınlığında baş verib. Saytıın əməkdaşının verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinə aid 10 PL 212 dövlət nömrə nişanlı "Niva" markalı avtomobildə olan iki Nəqliyyat Nazirliyi müfəttişi , 02 BG 022 dövlət nömrə nişanlı "Kamaz" markalı yük maşınının arxasınca düşərək, qarşısını kəsib və rüşvət alib. Nazirlik əməkdaşları rüşvət alarkən kameraya yaxalanıblar. Hadisənin video görüntülərini təqdim edirik: Ardını oxu
Ağır yol qəzası: ölən var
İdarəetməni itirən sürücü avtomobil bordurlara çırpıb Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə təqribən saat 19:30 radələrində, şəhərin N.Nərimanov prospektində qeydə alınıb. Sürətlə hərəkət edən «VAZ-21015» markalı avtomobil dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən bordurlara çırpılıb. Nəticədə avtomobili idarə edən Mingəçevir şəhər sakini Allahverdi Abbasov hadisə yerindəcə dünyasını dəyişib. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır. Ardını oxu
Turistlərlə dolu avtobus dərəyə yuvarlandı: 32 ölü, 11 yaralı
Avtobusun 400 metr dərinliyi olan dərəyə yuvarlandığı bildirilir Braziliyanın cənubundakı Santa-Katarina ştatında turistlərlə dolu avtobusun dərəyə yuvarlanması nəticəsində 32 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli G1 kanalı məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 11 nəfər yaralanıb. Avtobusun 400 metr dərinliyi olan dərəyə yuvarlandığı bildirilir. Qəzanın sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi qeyd olunur. Ardını oxu