04.11.2015
Avtoxəbər
Ağır yol qəzası: ölən var
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə təqribən saat 19:30 radələrində, şəhərin N.Nərimanov prospektində qeydə alınıb. Sürətlə hərəkət edən «VAZ-21015» markalı avtomobil dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən bordurlara çırpılıb. Nəticədə avtomobili idarə edən Mingəçevir şəhər sakini Allahverdi Abbasov hadisə yerindəcə dünyasını dəyişib. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.