Məqalələr

Messi «çaşdı»; azarkeşlərin üstünə maşın sürdü , FOTO

Messi «çaşdı»; azarkeşlərin üstünə maşın sürdü , FOTO

Argentinalı futbolçu avtomobilini azarkeşlərin üzərinə sürüb "Barselona"nın argentinlaı ulduzu Lionel Messi fanatlara hörmətsizlik edib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, avtomobili ilə məşqə gedən hücumçunu yolda fanatları səbirsizliklə gözləyib. Lakin Messi avtomobili yolun ortasında onu qarşılayan fanatların üzərinə sürüb. Maşının sürətlə gəldiyini görən azarkeşlər qorxudan kənara çəkiliblər. Ardını oxu

Nəqliyyat Nazirliyi bu sürücüləri cəzalandıracaq

Nəqliyyat Nazirliyi bu sürücüləri cəzalandıracaq

Namiq Həsənov: «Bütün avtobus marşrutlarında araşdırmalara başlayacağıq» Nəqliyyat Nazirliyi avtobusda əlillər üçün oturacaqları sökmüş sürücüləri cəzalandıracaq. Cars-az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov sözügedən hadisəyə ilə bağlı modern.az-a açıqlamasında bildirib ki,  baş verənlərdən xəbərdardırlar. “Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək”. O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: “Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir”. Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürücülərin də cəzalandırılacağını istisna etməyib: “Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşrutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz”. Ardını oxu

Nazirlikdən qar xəbərdarlığı; temperatur düşəcək

Nazirlikdən qar xəbərdarlığı; temperatur düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava ilə bağlı xəbərdarlıq edib Ardını oxu

Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var Ardını oxu

Top