02.01.2016
Yol polisi
Yol polisindən sürücüyə biabırçı sual: «Kişilər içib, sən niyə içməmisən?»
Bakıda yol polisi əməkdaşının hərəkəti sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Cars-az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 31 gecə saat 3 radələrində Bakının Neftçilər prospektində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirib. Reydlərin birində DYP əməkdaşı Neftçilər prospektində avtomobil saxlayıb. Saxlanılan sürücünün sərxoş olub-olmaması DYP əməkdaşı tərəfindən yoxlanılıb. Sürücüyə "kişi içər, niyə içməmisən?" sualını verən polis əməkdaşı gənc sürücünü yerində müayinə etdikdən sonra sərbəst buraxıb.