31.12.2015
Yol polisi
Nardarana yeni rəis müavini - Təyinatı
Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə yeni rəis müavini təyin edilib. Cars-az trend-ə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, 42-ci Polis bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq polis polkovniki Azər Cahangirov icra edirdi.