Keçmiş məhkum polisi bıçaqladı

Keçmiş məhkum polisi bıçaqladı

Dünən axşam saatlarında Neftçala şəhərindəki H.Cavid parkında xidməti vəzifəsini yerinə yetirən Neftçala Rayon Polis Şöbəsi post-patrul xidmətinin əməkdaşı Nicat Nağıyev bıçaqlanıb. Сars-az virtualaz.org-a istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə anadan olmuş Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar. Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub. Çiynindən və qıçından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.

Dostlarınla paylaş


Şərhlər


Top