19.03.2016
Yol polisi
Ramil Usubov qardaşı oğlunu rəis təyin etdi
Azərbaycanın daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib. Nazirin imzaladığı əmrə əsasən, Hikmət Usubov Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bundan əvvəl H.Usubov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini tutub. H.Usubov daxili işlər naziri Ramil Usubovun qardaşı oğludur.