18.03.2016
Yol polisi
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - Müraciət
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq. Сars-az xəbər verir ki, bu barədə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.