Bakıda DYP-nin həbs etdiyi sürücülərin SİYAHISI və FOTOLARI

Bakıda DYP-nin həbs etdiyi sürücülərin SİYAHISI və FOTOLARI

Bakıda DYP-nin həbs etdiyi sürücülərin SİYAHISI və FOTOLARI

Bakıda mart ayının əvvələrində və Novruz bayramı günlərində avtoxuliqanlıq, sərxoş halda və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 10 sürücü barəsində həbs qərarı seçilib. Həmin şəxslər

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Cars-az-a verilən məlumata görə, həmin şəxslər barəsində məhkəmələrin qərarına əsasən, 15 gündən 1 ay 15 günədək inzibati həbs cəzası verilib. Saxlanılan sürücülərdən 4-ü avtoxuliqanlıq, 4-ü maşını sərxoş vəziyyətdə, 2 nəfəri isə avtomobili sənədsiz idarə etdiyi üçün inzibati həbs olunanların saxlama məntəqəsində cəza çəkirlər.

İdarənin əməkdaşları tərəfindən həbs edilən sürücülər bunlardır:

İmran Yarəhmədov – işləmir – 30 gün

Pərvin Allahverdiyev –işləmir – 1 ay 15 gün

Araz Rəhimov – işləmir – 20 gün

Nicat Qələndərov – işləmir – 20 gün

Ayşən Həsənov – fərdi əməklə məşğuldur – 25 gün

Roman Səmədov – işləmir – 15 gün

Rövşən Rəşidov – 88 nömrəli avtobusun sürücüsü – 30 gün

Amid Zeynalov - sürücü işləyir – 30 gün

Rəşad İsgəndərov – işləmir – 30 gün

Nazim Məmmədov – işləmir – 20 gün

Saxlanılan Roman Səmədov əməlindən peşman olduğunu deyərək əlavə edib ki, «Opel» markalı avtomobili yeni alıb, amma sürücülük vəsiqəsi yoxdur: «Bir neçə dəfə vəsiqəsiz sürmüşəm. Martın 19-da, bayram günü təcili lazım oldu, yenə sürdüm. Yol polisləri saxla işarəsi verdilər, saxlamadım. Çünki sənədim yox idi. Qaçdım. Amma yolu bağlayıb tutdular.

Bakı Şəhər DYPİ-nin rəhbərliyi sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarını kobud sürətdə pozan sürücülərə qarşı idarənin əməkdaşları tərəfindən bundan sonra da ciddi şəkildə mübarizə aparılacağını bildirib.

DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Cars-az-a bildirib ki, hazırda həbsdə olan 10 nəfərdən 4-ü avtoxuliqanlıq etdiyinə, 4-ü sərxoh vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən yol polisinə tabe olmamağa, 2-si isə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və polisə tabe olmadığına görə saxlanılanlardır. Onlar inzibati həbs cəzası almaqla yanaşı, müxtəlif müddətlə sürücülük hüququndan da məhrum ediliblər. Ümumilikdə isə ilin əvvəlindən martın 30-na qədər Bakıda avtoxuliqanlıq edən 106, polisə tabe olmayan 264, sərxoş vəziyyətdə avtomobili darə 4032 sərxoş sürücü saxlanılıb.

Elməddin Muradlı

Dostlarınla paylaş


Şərhlər


Top