04.11.2015
Yol polisi
Yol polisinə tabe olmayan məmur oğlu həbs edildi
Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Cars-az xəbər verir ki, İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.