Yeni pilotsuz təyyarə - İnsanlara kömək edəcək

Yeni pilotsuz təyyarə - İnsanlara kömək edəcək

Yeni pilotsuz təyyarə - İnsanlara kömək edəcək

İsrailin elm adamları ilk dəfə olaraq çətin vəziyyətlərdə insanlara kömək edə biləcək pilotsuz aparat istehsal edib.

Сars-az xəbər verir ki, həmin aparat istənilən şəraitdə insaları xilas etmək gücündədir. Əsasən müharibə bölgələrində istifadə edilməsi nəzərdə tutulan uçan obyekt, 500 kq yük götürə bilir. Üstəlik aparatın olduqca aşağı hündürlükdən uça bilmə qabiliyyətinin olması, onun müxtəlif hədəflərdən yayınmasına kömək edir.

Elm adamlarının sözlərinə görə, aparat sınaqlardan uğurla keçib. Helikopter qədər böyük olan uçan obyektin havada bir neçə saat qalma özəlliyi də var. Müxtəlif radar və kameraların quraşdırıldığı aparatın geniş istehsalına yaxın günlərdə başlanılacaq.

Dostlarınla paylaş


Şərhlər


Top