15.02.2016
Yeniliklər
200-cü metro stansiyası istifadəyə verildi - Moksvada
Moksva metrosunun yeni stansiyası - "Salaryevo" bu gündən fəaliyyətə başlayıb. Сars-az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Salaryevo" sayca şəhər metrosunun 200-cü stansiyası olacaq. Moskva meri Sergey Sobyanin "Salaryevo" stansiyasının şəhərin Yeni Moksva rayonunda sərnişinlərə xidmət göstərəcəyini deyib.
O, yaxın illərdə daha bir sıra yeni stansiyanın tikilib isitfadə veriləcəyini Moskva və Moskvaətrafı şəhərlərin daha sıx birləşdiriləcəyini bildirib. "Salaryevo" stansiyası Moksvanın inzibati sərhədlərindən kənarda, Kiyev şosesinin yaxılığında yerləşib.