Yaponiya bunu da etdi

Yaponiya bunu da etdi

Yaponiyanın yeni "Mitsubishi Regional Jet" (MRJ) reaktiv sərnişin təyyarəsinin satışı ilə bağlı ilk saziş imzalanıb. Сars-az "ria"novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiyada yaradılan ilk reaktiv hava gəmisindən 20 ədədi 2018-ci ildə ABŞ-ın Florida ştatında yerləşən "Aerolease Aviation" şirkətinə təhvil veriləcək.

Qeyd edək ki, noyabrın 11-də "Mitsubishi Regional Jet" sınaq uçuşu edib. Təyyarə Naqoya aeroportundan qalxaraq bir saat sonra geri dönüb.

Yeddi ilə hazırlanan "MRJ" təyyarəsinin ilk nümunəsi 2014-cü ilin oktyabrında təqdim edilib.

Dostlarınla paylaş


Şərhlər


Top