04.11.2015
Yeniliklər
Sərnişinləri sürücüsüz mikroavtobuslar daşıyacaq
Bu ilin noyabrında Hollandiyada istifadəyə veriləcək 11 kilometrlik ilk marşrut üzrə sərnişinləri sürücüsüz "WEpod EZ" mikroavtobusları daşıyacaq. Mikroavtobus həmin məsafəni saatda 25 kilometr sürətlə qət edəcək. Kabinə 6 sərnişin üçün nəzərdə tutulub, nəqliyyat vasitəsinin gediş ehtiyatı təxminən 100 kilometr təşkil edir.
Mikroavtobuslarda gediş haqqı ödənişsizdir. Smartfona quraşdırılmış mobil proqram vasitəsilə konkret reys üçün əvvəlcədən yer sifariş etmək olacaq.
Fidan