Daha bir ikimərtəbəli qatar Bakıdadır – YENİLƏNİB

Daha bir ikimərtəbəli qatar Bakıdadır – YENİLƏNİB

Daha bir ikimərtəbəli qatar Bakıdadır – YENİLƏNİB

İsveçrənin “Stadler Rail Group” şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-ü artıq Bakıdadır.

Cars-az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC- nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

19.08.2015, 15:38

İsveçrənin “Stadler Rail Group” şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-sü bu gün Bakıya gələcək.

Cars-az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, qatar artıq sərhədi keçib, axşam saatlarında Bakıda olacaq.

N.Əzməmmədov bildirib ki, bu qatarlar sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt xətti üzrə xəttə buraxılacaq.

“Qalan iki ikimərtəbəli qatarlar isə ilin sonuna kimi Azərbaycana gətiriləcək” - deyə, N. Əzməmmədov qeyd edib.

Bundan əlavə, qurumun mətbuat xidmətinin rəhbəri bildirib ki, Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib:

“Qalan 9-u isə ilin sonuna kimi ölkəyə gətiriləcək”.

Qeyd edək ki, bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. ABŞ-ın “General Motors” (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir.

Dostlarınla paylaş


Şərhlər


Top