Ən kiçik pilotsuz uçan aparat satışa çıxarılıb

Ən kiçik pilotsuz uçan aparat satışa çıxarılıb

Ən kiçik pilotsuz uçan aparat satışa çıxarılıb

ABŞ-ın "Axis Drones" şirkəti dünyada ən kiçik "AERIUS" kvadrokopterlərinin ilkin sifarişinin başlaması haqqında məlumat yayıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Barmağın ucunda yerləşən kiçik ölçülü aparat akkumulyatoru bir dəfə yükləməklə 7 dəqiqəyə qədər uçuşları yerinə yetirmək qabiliyyətindədir. USB kabeli vasitəsilə "AERIUS" aparatını cəmi 15 dəqiqəyə asanlıqla yükləmək olar. Aparat pult vasitəsilə idarə olunur, həmin pultda "AERIUS" saxlanılması və daşınması üçün qapaqlı "qaraj" yerləşdirilib. Bu yaxınlara qədər "SKEYENanoDrone" aparatı dünyada ən kiçik pilotsuz uçan aparat hesab olunurdu.

Dostlarınla paylaş


Şərhlər


Top