04.11.2015
Yeniliklər
Azərbaycanın sığorta şirkətinin səhmdarları strukturunda dəyişiklik olub
Azərbaycanın “AXA MBASK” sığorta şirkətinin səhmdarlarının strukturunda dəyişiklik baş verib.
Cars-az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, dünyanın ən böyük sığorta şirkətlərindən biri “AXA Group” Azərbaycanın sığorta şirkətinin nizamnamə kapitalında öz payını 100 faizə çatdıraraq “AXA MBASK”-ın yeganə səhmdarı olub.