Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

Azərbaycan Nəqliyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə yaradılan Apellyasiya Şurasının əsasnaməsi, tərkibi və katibliyi təsdiq edilib. Сars-az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Z.Məmmədovun müavini Arif Əsgərov Apellyasiya Şurasının sədri, nazirliyin tabeli qurumlarının rəhbərlərindən və nazirliyin Aparatının şöbə müdirlərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər. Apellyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq olunub.

Dostlarınla paylaş


Şərhlər


Top