04.11.2015
Yeniliklər
Heydər Əliyev prospekti yeni görkəmdə olacaq
Paytaxtın Heydər Əliyev prospektində təmir və abadlıq işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Cars-az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir. Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır. Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.
Elmin