Hava limanlarında viza mərkəzləri açılacaq

Hava limanlarında viza mərkəzləri açılacaq

Azərbaycana bütün beynəlxalq hava limanlarından gələn sərnişinlər üçün fevralın 1-dən etibarən viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.

Сars-az “Azərbaycan Hava Yolları” QSC-yə istinadən xəbər verir ki, bu mərkəzlərdə Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, eyni zamanda Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.

Dostlarınla paylaş


Şərhlər


Top