21.01.2016
Yeniliklər
"Nəqliyyat tarifləri artırılmayacaq" - Nazir müavini
“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”. Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var, elə də qalacaq: “Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”. Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.