"Avtovağzal" metro stansiyası nə zaman istifadəyə veriləcək?

"Avtovağzal" metro stansiyası nə zaman istifadəyə veriləcək?

"Avtovağzal" metro stansiyası nə zaman istifadəyə veriləcək?

"Avtovağzal" metro stansiyası ilin birinci yarısında istifadəyə veriləcək.

Сars-az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq stansiyada tamamlanma işləri aparılır: ""Avtovağzal" metro stansiyası ilin birinci yarısına qədər vətəndaşların ixtiyarında olacaq. Stansiyada tamamlanma işləri aparılır. Piramidanı xatırladan stansiyanın giriş hissəsi tamamilə hazırdır".

Qeyd edək ki, uzunluğu 2 km 200 metr olan stansiya 6 giriş-çıxışdan ibarətdir. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir. Qatarların hərəkəti üçün relslərin quraşdırılması işləri isə başa çatıb.

Yeni stansiya 25 il istismar müddəti olan eskalatorlarla təmin ediləcək.

Dostlarınla paylaş


Şərhlər


Top