23.11.2015
Yeniliklər
Bakıya 18 metrilk sərnişin avtobusu gətirilib
Bakı şəhərində sərnişin daşımaçılığı ilə məşğul olan "BakuBus" MMC paytaxta yeni və daha iritutumlu sərnişin avtobusu gətirib. Cars-az "Report"a istinadən xəbər verir ki, bu yeni nəqliyyat vasitəsinin uzunluğu təxminən 18 metrdir. Yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir.
Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avotbus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.