Metropolitendən «Avtovağzal» AÇIQLAMASI

Metropolitendən «Avtovağzal» AÇIQLAMASI

Metronun "Avtovağzal" stansiyası 2016-cı ilin ilk yarısında istifadəyə verilə bilər. Bu barədə aznews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, sözügedən stansiyanın tikinti işləri başa çatıb: "İşlər yekunlaşmaq ərəfəsindədir. Tikinti tam başa çatıb, abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir".

N.Paşayev əlavə edib ki, həmin istiqamətdə 8-ci çıxışı olan Biləcəri istiqamətindəki keçiddə də son tamamlama işləri aparılır.

Qeyd edək ki, metronun "Avtovağzal" stansiyasının tikintisinə 2011-ci ildə başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top